Xəbərlər
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Bakıda keçiriləcək VII Azərbaycan-Rusiya regional forumunda iştirak edəcək
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Azərbaycana gələcək.
Bunu Trend-ə nazirin köməkçisi Yelena Laşkina deyib.
Onun sözlərinə görə, A.Ulyukayev oktyabrın 31-də Bakıda keçiriləcək VII Azərbaycan-Rusiya regional forumunda iştirak edəcək.
Y.Laşkin deyib ki, forum çərçivəsində ikitərəfli əməkdaşlığın ticari-iqtisadi, regionlararası və sərhədyanı əməkdaşlıq məsələləri, humanitar, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq, Azərbaycan və Rusiyanın strateji qarşılıqlı fəaliyyəti müzakirə olunacaq.