YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ konqresmeni Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib

ABŞ Konqresinin Tennesi ştatından olan demokrat üzvü, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Kohen 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib.

Ölkəmizin ABŞ-dakı səfirliyinə təqdim olunmuş bəyanatda “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinin 25-ci ildönümünün qeyd olunduğu bildirilir.

Bəyanatda 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan edən Azərbaycanın qlobal enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində vacib müttəfiqə çevrildiyi qeyd olunur. Eyni zamanda, müsəlman əksəriyyətli cəmiyyəti olan dünyəvi dövlətdə etnik və dini dözümlülük baxımından bir nümunə olduğu vurğulanır. Bəyanatda, həmçinin Azərbaycan İsrail ilə yaxşı əlaqələrə malik olduğuna görə təqdir edilir.