Xəbərlər
Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu 5,8 faiz artıb
Bu ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2270,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, keçən ilin eyni dövrünə nisbətən sabit qiymətlərlə kənd təsərrüfatının ümumi məhsulu 5,8 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3 faiz, bitkiçilik məhsulları üzrə 10,1 faiz artıb.