YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmir Vəlizadə: Müasir qloballaşma şəraitində informasiya cəmiyyətinin təşəkkülü və inkişafı strateji əhəmiyyət daşıyır

«İKT dövrümüzün tələbidir və onun bütün sahələrdə çevik tətbiqi hər bir ölkənin inkişafı üçün vacibdir». Bu fikri rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, dövlətimizin başçısı İKT-ni prioritet sahə elan edib.

«Bu istiqamətdə ölkəmizdə strateji əhəmiyyətli sənədlər imzalanıb və qəbul olunub. Bu gün Azərbaycanda informasiya cəmiyyəti artıq bərqərar olub və inkişaf etdirilir. Bu baxımdan İKT-nin rolu əvəzsizdir. Müasir qloballaşma şəraitində informasiya cəmiyyətinin təşəkkülü və inkişafı strateji əhəmiyyət daşıyır»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv