YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Beynəlxalq birlik qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası üçün qətiyyətli addımlar atmalıdır

«Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox insan öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum olub». Bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, bir  həftə əvvəl Roma Papası Fransisk Bakıda səfərdə idi və o, ədalətli, mərhəmətli böyük bir din xadimi olaraq Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, güclü inkişafdan, dünya üçün bir tolerantlıq nümunəsi olmasından bəhs etməklə yanaşı, ağır dərdimizi də unutmadı. Onun sözlərinə görə, Roma Papası Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınaraq qaçqına və məcburi köçkünə çevrilmiş 1 milyondan çox insanın faciəsinə münasibət bildirib, qanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk edən, əziyyət çəkən bu insanlara qəlbən yaxınlığını ifadə edib.

«Beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı lazımi yardımını daim göstərməlidir. Bunun üçün isə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır. Beynəlxalq birlik qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası üçün qətiyyətli addımlar atmalıdır»- deyə, R.Hüseynov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv