YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və Venesuela Prezidenti Nikolas Maduronun görüşü olub

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Venesuela Respublikasının Prezidenti Nikolas Maduronun İstanbulda görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirildi. Azərbaycanın və Venesuelanın BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyi vurğulandı, Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimizin əməkdaşlığı qeyd edildi.

Dövlət başçıları ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğuladılar. İqtisadi münasibətlərin genişləndirilməsi üçün çox yaxşı potensialın olduğu bildirildi. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olundu. Həmçinin müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı turizm sahəsində əlaqələrin genişlənməsində viza rejiminin sadələşdirilməsinin yaxşı imkan yaradacağı diqqətə çatdırıldı. Turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin gələcəkdə ölkələrimizin münasibətlərinin dərinləşməsi işinə xidmət edəcəyi vurğulandı. Neftin qiymətinin sabitləşdirilməsinin önəminə toxunularaq, bunun üçün OPEC və qeyri-OPEC dövlətləri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin əhəmiyyəti qeyd edildi.