YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir

«Ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Azərbaycanda elmin zəngin tarixi və ənənələrinin olduğunu söyləyən AMEA-nın rəhbəri qeyd edib ki, əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində ərsəyə gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni tərəqqisinə böyük xidmətlər göstərib, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr veriblər.

«Akademiyanın sürətli inkişaf mərhələsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan verib. Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafı ilə bağlı müəyyənləşdirdiyi hədəflər, qaldırdığı problemlər və qarşıya qoyduğu vəzifələr hazırda AMEA-nın gələcək fəaliyyət proqramının əsasını təşkil edir»- deyə, AMEA prezidenti vurğulayıb.