Xəbərlər
İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənclər və idman nazirlərinin konfransı keçiriləcək
Oktyabrın 6-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclər və idman nazirlərinin 3-cü konfransı işə başlayacaq.
Otuz nazirin və 61 ölkə təmsilçisinin qatılacağı tədbirdə Azərbaycan da təmsil olunacaq.
“Sülh, inkişaf və həmrəylik yolunda gənclərin fəaliyyətinin gücləndirilməsi” mövzusunda keçiriləcək konfrans iki gün davam edəcək.