YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xalça Muzeyində “Əlvan iplərin oyunu” adlı sərgi açılacaq

Oktyabrın 7-də Azərbaycan Xalça Muzeyində “Əlvan iplərin oyunu - Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından Pirot kilimləri” adlı sərgi açılacaq.

Serbiyada ən qədim və ən əsas kolleksiyalardan biri olan Belqrad Etnoqrafiya Muzeyinin Pirot kilimləri kolleksiyasına 1792-1932-ci illərdə toxunmuş 169 ədəd xalça məmulatı daxildir.

Xalça Muzeyindən bildirilib ki, xronoloji ardıcıllıqla seçilmiş 26 eksponatdan ibarət sərginin keçirilməsində məqsəd Serbiya cəmiyyətinin geniş sosial-iqtisadi və tarixi dəyişiklikləri ərəfəsində Pirot kilim toxuculuğunun xüsusi inkişaf və keçid mərhələlərini təcəssüm etdirməkdir.

Sərgi noyabrın 6-dək davam edəcək.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında mədəniyyət, muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beş il ərzində birgə əməkdaşlıq memorandumu imzalanıb. Həmin sənədə əsasən 2015-2020-ci illər ərzində muzeylər arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, “sənət mübadiləsi” layihəsi çərçivəsində Bakıda Serbiya sənət əsərlərindən ibarət sərginin təşkili və 2017-ci ilin may-iyun aylarında Belqrad Etnoqrafiya Muzeyində “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xovsuz xalçalar və xalça məmulatları” adlı sərginin keçirilməsi planlaşdırılır.