YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Vətəndaşlar kreditlərə daha şəffaf və səmərəli şəkildə çıxış imkanları əldə edəcəklər

««Kredit büroları haqqında» qanun layihəsi vacib sənəddir. Ölkədə kredit bürolarının yaradılması kreditlərin verilməsinin təkmilləşdirilməsinə xidmət edir». Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri  Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, kredit büroları yaradılması imkan verəcək ki, daha təkmil formada kreditləri təklif etmək mümkün olsun. Bunun üçün  büro və büroya üzv olan banklar konkret meyarlar müəyyənləşdirə biləcəklər.

«Kredit bürolarının  yaradılmasının əsas üstünlüyü ondan ibarətdir ki, yalnız səmərəliliyin artırılması deyil, eyni zamanda şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Bu, konkret meyarlarla krediti ödəmə qabiliyyəti olan vətəndaşların kreditlərə əlçatanlığı baxımından önəmlidir. Vətəndaşlar  kreditlərə  daha şəffaf və səmərəli şəkildə çıxış imkanları əldə edəcəklər. Eyni zamanda, kredit bürolarının yaradılması  problemli kreditlərin aradan qaldırılması baxımından da vacibdir", - deyən iqtisadçı ekspert əlavə edib ki, bank sektorunda problemli kreditlərin aktivlərdəki sayının azaldılması da mümkün olacaq. Onun sözlərinə görə, ödəmə qabiliyyəti olan vətəndaşlar üçün kredit bürolarının yaradılması olduqca məqbuldur: «Çünki az sayda, sadə prosedurlarla və bəlli meyarlarla vətəndaşlar kredit almaq imkanına malik olacaqlar. Bu da kreditə müraciət, kreditə çıxış imkanlarının asanlaşması deməkdir. Yəni, vətəndaş birmənalı şəkildə bundan qazanacaq».