YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Campaolo Kutilo: Hansı rakursdan baxsaq Azərbaycan tranzit və aparıcı mərkəzi məntəqədir

Azərbaycanda yaradılmış azad sənaye zonaları avropalı investorlar üçün cəlbedicidir. Hansı rakursdan baxsaq Azərbaycan tranzit və aparıcı mərkəzi məntəqədir. Ona görə də Azərbaycanın bu üstünlükdən necə istifadə etdiyini görmək olduqca vacibdir.

Bunu İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutilo deyib.

“Bizim şirkətlərimiz bu işə öz töhfələrini verməkdə maraqlıdırlar. Bu, öz növbəsində onların Azərbaycana gəlmək və lazımi əlaqələri nizamlamaq qabiliyyətlərindən asılı olacaq. Amma biz hökumət olaraq, sözsüz ki, bu prosesə və İtaliya şirkətlərinin Sumqayıt kimi sənaye zonalarına cəlb edilməsinə yardım etməyə hazırıq. Bizim həmçinin neft-kimya sektoruna da marağımız var. Bir sıra nəhəng İtaliya şirkətləri mühüm neft-kimya layihələri çərçivəsində Azərbaycanda fəaliyyət göstərirlər”, - deyə Campaolo Kutilo vurğulayıb.