Xəbərlər
Divina Sergio: Azərbaycanda səsvermə hətta İtaliyadakından da intizamlı keçir
Məntəqələrdə səsvermə prosesi yüksək səviyyədə təşkil olunub. Deyə bilərəm ki, Azərbaycanda səsvermə İtaliyadakından da intizamlı keçir.
Bu sözləri sentyabrın 26-da ölkəmizdə keçirilən ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edən İtaliya parlamentinin üzvü Divina Sergio jurnalistlərə açıqlamasında deyib.
D.Sergio bildirib ki, səhər saatlarından səs verməyə gələn vətəndaşların sayı kifayət qədər olub. O deyib: “Biz ATƏT, Avropa Şurasının nümayəndəsi kimi, müxtəlif ölkələrdə seçkiləri müşahidə etmişik. Azərbaycanda da bundan əvvəl seçki proseslərini izləmişəm. Azərbaycanda keçirilən səsvermə Avropa standartlarına daha çox uyğun gəlir. Hətta bəzən Avropa standartlarını da ötüb keçir”.