YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumla əlaqədar ölkəmizin ABŞ-dakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb.

17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində olan məntəqədə ABŞ-da daimi yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan, 18 yaşı tamam olmuş və konsulluq uçotuna alınmış Azərbaycan vətəndaşları səs veriblər. Referendum yüksək seçici fəallığı ilə başa çatıb.

Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb. Səsvermə bitdikdən sonra müşahidəçilərin iştirakı ilə komissiya üzvləri tərəfindən qutular açılıb, bülletenlər hesablanıb və müvafiq qaydada protokollaşdırılıb.