YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Referendumdan sonrakı islahatlar əsasən iqtisadi sahələri əhatə edəcək

Referendumdan sonra aparılacaq islahatlar əsasən iqtisadi sahələri əhatə edəcək.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov bu gün partiyanın qərargahında keçirilən mətbuat konfrasında deyib.

Ə.Əhmədov bildirib ki, bu referendum ölkədə aparılacaq islahatların bazasının artırılması deməkdir: "Təbii ki, iqtisadi islahatlardan söhbət gedir. Bununla bağlı geniş hərəkat başlanılıb. Prezidentin bir sıra sərəncamları ilə Azərbaycanda iqtisadi islahatların hansı istiqamətdə gedəcəyi artıq model olaraq dərc olunmaqdadır. Amma eyni zamanda işlər davam edir. Söhbət həm də bu islahatların siyasi əsaslarının möhkəmləndirilməsindən gedir".

Baş nazirin müavini qeyd edib ki, bu referendum nəticəsində Azərbaycanda daha da kamilləşən hakimiyyət strukturlarına islahatların daha uğurlu aparılması üçün böyük səlahiyyətlər veriləcək: "Təbii ki, bu islahatlar iqtisadi sferanın bütün sahələrini əhatə edir. Bu, eyni zamanda sahibkarlığın inkişafı üçün geniş imkanların yaradılmasını təmin edir".