YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Xalq Partiyası: Ümumxalq səsverməsi Azərbaycan xalqının iradəsini mütləq şəkildə əks etdirdi

Azərbaycanda Konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələrlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi azad, sərbəst və ən mütərəqqi beynəlxalq standartlara cavab verib. Səsvermə Azərbaycan xalqının iradəsini mütləq şəkildə əks etdirib.

Bu fikirləri Avropa Xalq Partiyasının vitse-prezidenti David Mario sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.

Bildirilib ki, Avropa Xalq Partiyası Azərbaycanda keçirilən ümumxalq səsverməsində Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında müşahidəçi qismində iştirak edib. Nümayəndə heyəti 11 üzvdən ibarətdir. Onlar bundan əvvəl müxtəlif ölkələrdə keçirilən seçkiləri izləyiblər və kifayət qədər təcrübəyə sahibdirlər. Nümayəndə heyəti səsvermədən bir gün əvvəl seçki məntəqələrində müşahidələr aparıb.

Vitse-prezident deyib ki, bugünkü səsvermədə Azərbaycan vətəndaşları təklif olunan 29 dəyişiklik və əlavəyə müstəqil şəkildə münasibətlərini bildiriblər. Partiya üzvləri gün ərzində ölkə ərazisindəki müxtəlif seçki məntəqələrində səsvermənin gedişini izləyiblər. Müşahidələr beynəlxalq standartlara tam uyğun aparılıb.