Xəbərlər
Rusiyalı müşahidəçi Andrey Klişas: İnsanlar səsvermə prosesində fəallıq nümayiş etdirdilər
Gün ərzində bir sıra seçki məntəqələrində olduq, səsvermənin gedişini müşahidə etdik. Mən bu prosesın bilavasitə iştirakçısı kimi gördüm ki, seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb. Bundan əlavə, referendumun yüksək səviyyədə təşkil olunmasını, insanların ona marağını, Azərbaycan vətəndaşlarının müsbət əhval-ruhiyyəsini xüsusi qeyd etmək istərdim.
Bu sözləri sentyabrın 26-da müşahidəçi-Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Andrey Klişas jurnalistlərə müsahibəsində deyib.
Azərbaycan vətəndaşlarının yüksək fəallığını xüsusi qeyd edən rusiyalı ekspert deyib: “İnsanlar səsvermə prosesinin gedişində fəallıq nümayiş etdiriblər. Onlar Azərbaycan üçün vacib olan bu prosesdə özlərinin iştirakının əhəmiyyətini başa düşürlər. Daha bir məqam diqqətı cəlb edir: gənclər səsvermədə iştirak etməklə ölkənin gələcəyi üçün özlərinin məsuliyyətini dərindən dərk edirlər. Bu, təkcə mənim yox, bizim müşahidə missiyasının bütün üzvlərinin qənaətidir”.