YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum baş tutdu

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum baş tutdu.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bu gün partiyanın qərargahında keçirilən mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, referendum uğurla baş tutdu: "Bütün seçki məntəqələrində olan məlumatlara əsasən, seçicilərin yüksək fəallığı müşahidə olunub. Vətəndaşlar referenduma çox məsuliyyətlə yanaşıblar. Bu, Azərbaycanda insanların iradəsinin qəbulunun nəticəsidir".