Xəbərlər
YAP-ın Sədr müavini: Referendumdan sonra Azərbaycanın inkişaf tarixində yeni addım atılacaq
Referendumdan sonra Azərbaycanın inkişaf tarixində yeni addım atılacaq.
Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bu gün partiyanın qərargahında keçirilən mətbuat konfransında deyib. /Trend/
Ə.Əhmədov bildirib ki, Konstitusiyaya əsas dəyişikliklərdən biri insanların azadlıq və hüquqları ilə bağlıdır: "Referenduma çıxarılan məsələlər Konstitusiyanı daha müasir qanun etməyə imkan verib. Referendumun baş tutması ondan xəbər verir ki, Azərbaycan vətəndaşı ölkəmizin idarə olunmasına biganə deyil. İnsanlar öz iradələrini ifadə etməyə hazır olan toplum kimi özlərini ifadə ediblər".
O qeyd edib ki, 30-dan çox ölkədən Azərbaycana referendumu izləmək üçün müşahidəçi gəlib: "Bütün ölkə üzrə referendum çox sakit, Seçki Məcəlləsinin bütün tələbləri gözlənilməklə keçirilib".
Ə.Əhmədov əlavə edib: "Güman edirəm ki, bugünkü referendumda qəbul edilən məsələlərdən sonra Azərbaycanın inkişaf tarixində yeni addım atılacaq, Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək: "Bunun təsirini də Azərbaycan xalqı öz sosial rifah səviyyəsində hiss edəcək. İnsanların mütləq əksəriyyəti referendumda müzakirəyə çıxarılan bütün məsələlələri dəstəkləyib. Mən buna inanıram, "exit-poll"lar da bunu təsdiqləyirlər".