Xəbərlər
Sabunçu rayonunda seçicilərlə görüş keçirilib
Sabunçu rayonunda bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (Referendum) ilə bağlı seçicilərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib.
Görüşdə şərqşünas-alim, akademik Vasim Məmmədəliyev də bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsinin (Referendum) əhəmiyyətini xüsusi vurğulayıb: “Mən hər kəsi seçkilərdə fəal olmağa çağırıram”.
Sonda YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov və başqaları çıxış edərək Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini, müasir dünyaya inteqrasiya olunduğunu qeyd edərək, tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün sözügedən dəyişikliklərə ehtiyac duyulduğunu vurğulayıblar.