Xəbərlər
Astan Şahverdiyev: Konstitusiya islahatları ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
«Konstitusiya islahatları ölkəmiz üçün böyük əhəmiyyət daşıyır». Bu fikri Milli Məclisin deputatı Astan Şahverdiyev deyib.
A.Şahverdiyev bildirib ki, bu islahatlar dövlətçiliyimizin inkişafına xidmət edir. Onun sözlərinə görə, ölkə Konstitusiyasının qəbul olunmasından bu günə qədər Azərbaycan böyük inkişaf yolu keçib.
«Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsidir. Əlavə və dəyişikliklər daha səmərəli dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 7 il müəyyən edilməsi təklif olunur. Vitse-prezidentlik institutu çevik və səmərəli idarəçiliyin təmin edilməsi üçün əlverişli mexanizm kimi beynəlxalq təcrübədə də özünü doğruldub»- deyə, deputat vurğulayıb.