YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Ümumxalq səsverməsi ölkənin həyatında tarixi hadisədir

«Əsas qanuna edilən düzəliş və əlavələrlə ifadə olunan ümumxalq səsverməsi ölkənin ictimai, siyasi, demokratik həyatında tarixi hadisədir». Bu fikri “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Konstitusiya dəyişiklikləri ölkəmizin inkişafı prosesində böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə təsir imkanları baxımından zəruridir və ölkəmizin sürətli tərəqqisinə, insanların daha firavan həyatına dəyərli töhfələrini verəcək.

«Təklif olunan 23 dəyişikliyin 16-sı insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Göründüyü kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır deyən möhtərəm Prezidentimizin yorulmaz, fədakar fəaliyyətinin,sərəncam və göstərişlərinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir»- deyə, İ.Məmmədov vurğulayıb.