YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Mingəçevir şəhər şöbəsi seçicilərlə görüş keçirib

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Mingəçevir şəhər şöbəsi Energetiklər qəsəbəsində yerləşən "Energetik" klubunda seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər  təşkilatının sədri Cavanşir Yusubov açaraq respublikamızın mühüm tarixi hadisə ərəfəsində olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklər edilməsi müasir dövrümüzün inkişaf perspektivlərini müəyyənləşdirir: "Azərbaycanın və regionların sürətli tərəqqisi hər sahədə özünü göstərir. Bu nailiyyətlər demokratik, hüquqi islahatlar sahəsində əldə edilən uğurlardır".

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İlham Məmmədov Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, bu dəyişikliklərlə Azərbaycanda çevik və radikal qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılacaq. İ.Məmmədov seçiciləri ölkə Prezidentinin ətrafında sıx birləşməyə, 26 sentyabrda seçki məntəqələrinə gələrək Referendum Aktına səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər 26 sentyabrda keçiriləcək referendumda hamılıqla fəal iştirak edəcəklərini bildiriblər. Həmçinin qeyd olunub ki, bu günlərdə Prezident İlham Əliyevin Mingəçevir şəhərinə səfəri şəhər sakinləri tərəfindən böyük sevinclə qarşılanıb. Səfər zamanı Mingəçevir Sənaye Parkının təməlinin qoyulması, yeni iş yerlərinin açılması, eləcə də abadlıq və quruculuq işləri şəhər sakinləri tərəfindən alqışlanır.  Bildirilib ki, Mingəçevir seçiciləri dövlət başçısının bütün təşəbbüslərini dəstəkləyirlər.