YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Goranboy rayon şöbəsi seçicilərlə görüş keçirib

Sentyabrın 23-də "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Goranboy rayon şöbəsi seçicilərlə növbəti görüş keçirib. Tədbiri giriş sözü ilə "Yeni Azərbaycan" təşviqat qrupunun Goranboy rayon şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq Referendum Aktı layihəsi barədə seçicilərə məlumat verib və onları səsvermə günü aktiv olmağa, Azərbaycanın gələcəyi, inkişafı naminə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deməyə çağırıb.

Daha sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs  Ağalar Vəliyev bildirib ki, Azərbaycan çox mühüm siyasi-hüquqi hadisə ərəfəsindədir: "Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi keçiriləcək. Konstitusiya dəyişiklikləri ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir. Bu islahatlar Azərbaycan xalqının firavan gələcəyinə xidmət edir".

«Milli Konstitusiyamızın qəbulundan  bizləri 21 illik zaman fasiləsi ayırır. Bu müddət ərzində iki dəfə -2002 və 2009-cu illərdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirilib»- deyən A.Vəliyev əlavə edib ki, 2009-cu ildən bu günə qədər  ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, əldə etdiyi təcrübə göz qabağındadır. Onun sözlərinə görə, siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunması fonunda  Azərbaycan davamlı uğurları ilə diqqət çəkməkdədir.

«Bu nailiyyətlərə diqqət yetirmək kifayətdir ki, Konstitusiyaya  nəzərdə tutulan əlavə və dəyişiklikləri zərurətə çevirən amillər barədə aydın təsəvvür yaransın. Konstitusiyada əksini tapan «Dövlətin ali məqsədi» maddəsində qeyd olunduğu kimi, insan hüquq və azadlıqlarının qorunması, yüksək rifahın təmin olunması dövlətin ali məqsədidir. Məhz bu məqsəddən irəli gələrək, insan amili dövlət siyasətinin əsasında dayanır. Hər bir yeniləşmənin, təkmilləşmənin əsasında dövlətin bu məqsədi özünün aydın ifadəsini tapır. Bu gün Azərbaycan daha  sürətli inkişaf mərhələsindədir və bu inkişaf  tempinin istənilər qanunda, Konstitusiyada əksini tapması yeniləşməyə,  qanunlarımızın yeni standartlara,  tələblərə uyğunlaşdırılmasına ehtiyac yaradır. Yeni-yeni hədəflər möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli hər bir  çıxışrının əsasında dayanan bu fikrin təsdiqidir: « Əldə olunan uğurlarla kifayətlənməməli,  daim irəliyə baxmalıyıq».  Ən yüksək zirvələri fəth edən Azərbaycanı qarşıda  daha möhtəşəm uğurlar gözləyir»- deyə, A.Vəliyev vurğulayıb.

Tədbirdə çıxış edənlər – rayon ağsaqqallar  şurasının  sədri Məzahir Zeynalov, YAP Goranboy rayon təşkilatı Gənclər Birliyinin   sədri Həsən Şirinov, Tap kənd tam orta məktəbin direktoru Səmadil Gülməmmədova, Ülkər Hümbətova  və digərləri diqqətə çatdırıblar ki, zərurətdən doğan Konstitusiya islahatları inkişafa xidmət edir.

Görüşdə çıxış edən seçicilər 26 sentyabr tarixində ümumxalq səsverməsinə çıxarılacaq əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.