Xəbərlər
«Yeni Azərbaycan» təşviqat qrupunun gənc fəalları Yasamal, Nəsimi və Səbail rayonlarında kütləvi şəkildə seçicilərə çağırış xarakterli əyani vəsaitlər paylayıblar
«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Yasamal, Nəsimi, Səbael rayon şöbələri təbliğat kampaniyası çərçivəsində seçicilərə əyani vəsaitlər paylayıblar.
Siyasi kampaniyaları Seçki Məcəlləsində nəzərdə tutulan mərhələlər üzrə, demokratik şəraitdə həyata keçirən, ümumxalq səsverməsinin təbliğat kampaniyasına «Həmrəy olaq, «HƏ» deyək» devizi ilə başlayan «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun rayon şöbələri seçicilərlə görüşlərini mütəşəkkilliklə davam etdirilər.
Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulundan sonra ölkədə baş verən, ictimai-siyasi həyat tərzini daha da yaxşılaşdıran iqtisadi inkişaf, Azərbaycanın çoxsaylı konvensiyalara qoşulması, seçki sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində aparılan islahatlar, bu istiqamətdə qəbul olunan qərarlar Ali Qanunumuza əlavə və dəyişiklikləri zəruri etmişdir.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla 26 sentyabrda keçirilməsi nəzərdə tutulan «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı»nda da sosial yönümlü, ölkənin iqtisadi inkişafının daha da sürətlənməsinə, hüquqi sistemin təkmilləşdirilməsinə , demokratikləşmə proseslərinin dərinləşməsinə təkan verəcək siyasi islahatlara, dəyişiklik və əlavələrə xüsusi diqqət yetirilib.
Bu gün Azərbaycan daha sürətli inkişaf mərhələsindədir və bu sürət tempinin istənilər qanunlar toplusunda əksini tapması yeniləşməyə, qanunlarımızın yeni standartlara, tələblərə uyğunlaşdırılmasına ehtiyac yaradır. Daha doğrusu sosial sifariş kimi ortaya çıxan, müxtəlif istiqamətləri, sahələri əhatə edən dəyişikliklər yeni nəslin hüquqlarının müasir aspektdə bərqərar olmasına xidmət edir.
«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Yasamal, Səbail, Nəsimi rayon şöbələrinin fəalları , xüsusilə gənclər seçilərlə bilavasitə görüşərək onlara «Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktı layihəsini, ümumxalq səsverməsinə aid broşurlar, digər əyani vəsaitlər paylamışlar. Seçicilərlə söhbət zamanı bildirilmişdir ki, layihədə nəzərdə 29 maddənin 23-də dəyişiklik edilməsi , 6 maddənin isə Konstitutusiyaya əlavə olunması dövrün tələbindən irəli gələn zərurətdir. Azərbaycan da 25 ildə iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası ilə mühüm nailiyyətlərə imza atmış, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi böyük nüfuz qazanmış, bazar iqtisadiyyatına keçməklə şərəfli yol keçmiş, uğurlar qazanmışdır. Amma zamanın inkişaf sürətinə uyğun yeni islahatlara, idarəetmə sisteminin formalaşmasına tələbat qaçılmazdır.
Layihə ilə tanşı olan seçicilər birmənalı olaraq bildirdilər ki, dövlətlərin ali, hüquqi bazası olan Konstitusiyalara zamanın tələbinə uyğun edilən dəyişikliklər ölkələrin inkişafını tarazlayan hüquqi əsaslara malikdir və zəruridir. Xalqın arzu və istəklərinə, dövlətlərin suverenliyinə əsaslanan referendum demokratiya və dövlət quruculuğu tarixində maraqlı formalardan olmaqla ölkə əhalisinin iradəsi ilə nəticələnir. Ümum rəy budur ki, Azərbaycanda sosial ədalət prinsiplərinə əsaslanan ümumxalq səsverməsi müasir tariximizin mühüm mərhələsidir.