Xəbərlər
"Yeni Azərbaycan" təşviqat qrupu Yevlax şəhərində seçicilərlə növbəti görüş keçirib
"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Yevlax şəhər şöbəsi seçicilərlə geniş tərkibli görüş keçirib.
"Həmrəy olaq, "HƏ" deyək!" devizi ilə keçirilən tədbiri giriş sözü ilə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Yevlax şəhər şöbəsinin sədri müavini Əli Quliyev açaraq Ulu öndər Heydər Əliyev siyasi kursunun sədaqətli davamcısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son 13 ildə qazanılan uğurlardan, demokratik dövlət quruçuluğu prosesində həyata keçirilən islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, həmçinin, regionların inkişafı fonunda Yevlağın da yeni mərhələdəki intibahından bəhs edib.
Sonra millət vəkili, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İlham Məmmədov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər barədə geniş məlumat vnrib. O, bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə təsir imkanları baxımından zəruridir və ölkəmizin sürətli tərəqqisinə, insanların daha firavan həyatına dəyərli töhfələrini verəcək.
Sonra Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Yevlax şəhər şöbəsinin nümayəndəsi Əminə Əhmədova çıxış edərək bildirib ki, dövlət və siyasi-ictimai, sosial münasibətlər də inkişaf etdikcə, bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır". Mən sizin hər birinizin 26 sentyabrda seçki məntəqələrinə gəlmiyinizi və seçkilərdə fəal iştirak etmiyinizi istəyirəm".
Tədbirdə həmçinin, təşviqatçılardan Kinyaz Əliyev , İlhami Quliyev və başqaları çıxış edərək vurğulayıblar lar ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya islahzatları dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib. Natiqlər əmin olduqlarını bildiriblər ki, Prezident İlham Əliyevin bütün təşəbbüsləri xalq tərəfindən hər zaman dəstəkləndiyi kimi, bu dəfə də xalqımız, o cümlədən yevlaxlı seçicilər ölkə başçısının ətrafında sıx birləşəcək və sentyabrrın 26-da Referendum Aktına səs verəcəklər.