Xəbərlər
"Yeni Azərbaycan" təşviqat qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbailin Badamdar qəsəbəsində seçicilərlə görüş keçirdi
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Səbail rayon şöbəsi bu gün Badamdar qəsəbəsi seçicilərilə görüş keçirdi.
Qəsəbə sakinlərini, seçiciləri ürəkdən salamlayan “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev hər kəsi sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – Referendumda fəal iştirak etməyə və seçki məntəqələrinə gələrək dövlət müstəqilliyimizə, inkişafımıza təminat verən əsas qanunumuzda nəzərdə tutulan dəyişikliklərə müsbət rəy bildirməyə çağırdı.
Çıxışının sonunda ediləcək əlavə və dəyişikliklərin cəmiyyətimizin demokratikləşməsinə, liberal münasibətlərin daha da genişlənməsinə, siyasi sistemin möhkəmlənməsinə və sözün əsl mənasında insan hüquqlarına hörmət olunan hüquqi dövlət quruculuğuna xidmət edəcəyini tam məsuliyyəti ilə ifadə edən səlahiyyətli nümayəndə qüdrətli və bütöv Azərbaycanı qorumaq üçün bütün seçiciləri etinasızlıq göstərməməyə və Referendum günü səsvermə məntəqələrinə gələrək Konstitusiya islahatlarını dəstəkləməyə dəvət etdi.
Görüşdə çıxış edən qəsəbə sakinləri Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında kifayət qədər məlumatlı olduqlarını və Azərbaycanın gələcək tərəqqisi üçün sentyabrın 26-da seçki məntəqələrinə gedərək bu dəyişiklikləri dəstəkləyəcəklərini bildirdilər.