Xəbərlər
“Yeni Azərbaycan” təşviqat qrupu Xocavənd qəsəbəsində təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirmişdir
Xocavənd qəsəbəsində Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu tərəfindən Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi ilə əlaqədar təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov qeyd etmişdir ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda Azərbaycan Respublikasının Konstitusiyasına 29 maddədə əlavə və dəyişikliklər nəzərdə tutulur: “Son 5 ildə Azərbaycanda qazanılan uğurlar, əldə olunan nailiyyətlər, həyata keçirilən iri miqyaslı layihələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici və daxili siyasət, demokratiya sahəsindəki uğurlarımız təklif olunan əlavə və dəyişiklikləri labüd edib. Bu baxımdan hər kəsi gələcəyimiz naminə səsverməyə dəvət edirəm”.
Görüşdə Milli Məclisin deputatı Şahin İsmayılov seçicilər qarşısında çıxış edərək Konstitusiyamızda nəzərdə tutulan dəyişikliklər barədə geniş məlumat verib. O qeyd edib ki, ümumxalq səsverməsi-referenduma çıxarılan məsələlər xalqımızın hüquq və azadlıqlarının qorunmasına, dövlət strukturlarının daha səmərəli idarə olunmasına, ümumilikdə Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının mənafeyinə xidmət edəcək:
Görüşdə çıxış edən YAP Xocavənd rayon idarə heyətinin üzvləri Aslan Quliyev, Gültəkin Ağayeva və Gənclər birliyinin sədri Vüsal Hüseynov çıxış edrək bildirmişlər ki, yeni qanunların qəbulu, yaxud mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ictimai münasibətlərin hüquqi tənzimlənməsini daha da təkmilləşdirmək, müasirləşdirmək niyyətindən irəli gəlir: "Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətdən atılmış addımdır. Belə yanaşmalar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən geosiyasi proeseslərin zərurətindən irəli gəlir. Konstitusiyaya dəyişikliklərlə bağlı layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahat kimi dəyərləndirmək olar. Azərbaycan inkişaf etməkdə olan ölkədir və qarşısındakı hədəflər böyükdür".