Xəbərlər
Gəncədə müşahidəçilərlə treninq-görüş keçirilib
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə təklif olunan dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə bir neçə gün qalır. Respublikada olduğu kimi, Gəncədə də referendumun yüksək səviyyədə keçirilməsi üçün mühüm tədbirlər həyata keçirilib. Gəncəlilərin mütəşəkkilliyi, fəallığı şəraitində keçən təbliğat kampaniyası yekunlaşmaq üzrədir.
Bu gün YAP Gəncə şəhər Təşkilatının Qərargahında “Yeni Azərbaycan” Referendum üzrə təşviqat qrupunun Gəncə şəhər şöbəsi müşahidəçilərlə treninq-görüş keçirib. Tədbirdə millət vəkilləri, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvləri, müşahidəşilər, partiya fəalları, iştirak ediblər.
Sonda müşahidəçilərin sualları ətraflı cavablandırılıb, onlara müşahidəçi vəsiqələri və müşahidəçi yaddaş kitabçaları təqdim olunub.