YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Venesiya Komissiyasının rəyi anti-azərbaycan, ermənipərəst qüvvələr tərəfindən verilmiş sifarişdir

«Venesiya Komissiyası “Azərbaycan Respublikasının Konstitutsiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair açıqladığı ilkin rəy göstərir ki, həmişə olduğu kimi Azərbaycanı istəməyən qüvvələr ölkəmizdə həyata keçrilən mühüm ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələr ərəfəsində öz məkirli niyyətlərini həyata keçirtmək üçün hərərkətə keçirlər. Qaydalara görə Azərbaycanla bağlı hər hansı bir qanun layihəsinə dair ilkin rəy hazırlanarkən Azərbaycan tərəfinin fikirləri, arqumentləri öyrənilir və yanlız bundan sonra həmin rəy dərc edilir. Lakin referendumla bağlı rəy hazırlanarkən bu prosedur qaydaları kobud surətdə pozulub». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, rəydə qeyd olunur ki, vitse-prezidentlik postunun yaradılması demokratik standartları pozur: «Rəy müəlliflərindən soruşmaq lazımdır. Hansı beynəlxalq standartlardan söhbət gedir. Özünü dünyanın ən demokratik ölkəsi sayan ABŞ-da və digər inkişaf etmiş ölkələrdə vitse-prezidentlik institutu çoxdan mövcuddur».

Komissiyanın prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi səlahiyyətinin verilməsi ilə əlaqədar yeniliyi tənqid etməsinə gəlincə, millət vəkili deyib ki, bu məsələdə də Venesiya Komissiya başqa ölkələrin təcrübəsinə istinad etmir.

«Rəylə tanış olduqdan sonra hər kəsdə belə təssəvvür yaranır ki, komissiya bu rəyi yanlız anti-azərbaycan, ermənipərəst qüvvələrin sifarişi ilə hazırlayıb. Ancaq bu qüvvələr nə qədər çalışsalar da Azərbaycan öz seçdiyi yoldan dönməyəcək. Ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlə inkişaf edəcək və dünyanın inkişaf etmiş, qabaqcıl ölkələri arasında öz yerini daha da möhkəmlədirəcək»- deyə, R.Əliyev vurğulayıb.