YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan xalqı Konstitusiya islahatlarına böyük dəstək nümayiş etdirir

«Ölkəmizin bütün sahələrində qazanılmış uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə çağdaş dövrün çağırışlarına uyğun həyata keçirilən islahatların nəticələri və bəhrələridir». Bu fikri “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, Milli Məclisin deputatı Məlahət İbrahimqızı  deyib.

M.İbrahimqızı  bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi müsbət  haldır. Onun fikrincə, bu, Azərbaycanda insan hüquqlarının yüksək təminatının göstəricisidir.

«İnanırıq ki, Konstitusiyaya əlavə və dəyişikliklər həyatımızda bir çox yeniliklərlə əlamətdar olacaq. Buna görə də, xalqımız Konstitusiya islahatlarına böyük dəstək nümayiş etdirir»- deyə, millət vəkili qeyd edib.