YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Ağcabədi rayon şöbəsi qadın seçicilərlə görüşü keçirilib

"Yeni Azərbaycan" təşviqat qrupunun Ağcabədi rayon şöbəsi Ağcabədi rayonunun qadın seçiciləri ilə görüşü keçirilib.

 Görüşü "Yeni Azərbaycan" təşviqat qrupunun Ağcabədi rayon şöbəsinin rəhbəri Rövşən Əhmədov açaraq Konstitusiyaya təklif olunan dəyişikliklər barədə məlumat verib.

Qeyd olunub ki, əlavə və dəyişikliklərdə insan hüquq və  azadlıqların qorunması, milli təhlükəsizliyin təmin edilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, prezident və parlament seçkilərində vətəndaşların iştirakında yaş senzinin aradan qaldırılması, dövlət  və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb: "Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin (referendum) keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır"".

O əlavə edib ki, Azərbaycanda qadınlar ictimai-siyasi həyatda aktiv iştirak edirlər. Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən Rövşən Əhmədov qadınların bu prosesdə də fəal olacağına əminliyini ifadə edib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişiklikləri ətraflı təhlil edərək nəzərdə tutulan dəyişiklikləri ölkənin gələcək inkişafı üçün müsbət dəyişikliklərə gətirib çıxaracağını diqqətə çatdırıb: "Seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır. Mövcud çağırışlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (referendum) bu baxımdan mühüm əhəmiyyət daşıyır".

Görüşdə həmçinin, "Yeni Azərbaycan " təşviqat qrupunun üzvü, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova, "Yeni Azərbaycan" təşviqat qrupunun üzvü, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Məhsəti Ağayeva, Mərkəzi kitabxananın əməkdaşı Gülşən Quliyeva, ADPU-nun Ağcabədi filialının tələbəsi Mina Fərzəliyeva  çıxış edərək, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə müsbət yanaşdıqlarını, ağcabədili qadınların 26 sentyabrda seçki məntəqələrinə gələrək Referendum Aktına səs verəcəklərini bildiriblər.