YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatında seçicilərlə növbəti görüş keçirib

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı  Yeni Azərbaycan  Partiyası   Xətai  rayon təşkilatı  növbəti dəfə  seçicilərlə   görüş keçirib.

Görüşdə  Milli Məclisin  deputatı, Yeni Azərbaycan  Partiyası  Xətai  rayon  təşkilatının sədri Hüseynbala  Mirələmov   çıxış edərək  bildirdi ki,  bu günkü görüşün əsas  məqsədi referendumla bağlı   rayonumuzun seçiciləri arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır.

Sonra  söz BDU-nun  Konstutsiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəssəfə doktoru Nəsib Şükürov Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin mahiyyəti barədə görüş iştirakçılarına  ətraflı məlumat verdi.  

Sonda  tədbir iştirakçıları Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildirdilər.