YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Nərimanov rayon şöbəsi seçicilərlə növbəti görüş keçirib

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Nərimanov rayon şöbəsi seçicilərlə növbəti görüş keçirib.

Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası  Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq keçiriləcək referendumla bağlı fəal təbliğat işlərinin aparıldığını bildirib.  “Yeni Azərbaycan” təşviqat qrupunun “Həmrəy olaq, HƏ deyək!” şüarı  ilə təbliğat kampaniyasına start verdiyini deyən T. Tağıyev Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını qeyd edib. Təşkilat sədri söyləyib ki, ötən 20 ildən artıq müddətdə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər olub. İndi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, siyasi və idarəçilik sisteminin təkmilləşdirilməsi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. «Əminəm ki, hər bir azərbaycan vətəndaşı kimi sizlər də bu seçkilərdə aktiv iştirak edəcək və irəli sürülən təklifləri dəstəkləyərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinizi nümayiş etdirəcəksiniz»- deyə, T.Tağıyev vurğulayıb.

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs,  Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü  Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi və cəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır. “Təkcə yetər ki, son 5 ildə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də, hökumətin şəffaf fəaliyyəti üçün həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində əldə edilən uğurlar məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri etdi. Referenduma təklif olunan hər bir təklif və dəyişilik ölkəmizin gücünə əlavə güc qatmaqla dovlətçiliyimizə böyük töhfələr vərəcəkdir. Bu mənada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq” deyə, Məlahət İbrahimqızı vurğulayıb.

Sonra Kooperasiya Universitetinin professoru Vilayət Əliyev və Azərbaycan Respublikası Veteranlar Şurasının üzvü Həmid Cəfərov çıxış edərək qeyd ediblər ki, Nərimanov rayonunun seçiciləri referendumda aktiv iştirak edəcəklər.

Daha sonra seçicilərin sualları cavablandırılıb.