YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü olub

Sentyabrın 16-da İmişlidə «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək üçün zaman növbəti islahatların həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızın bundan sonrakı həyatında daha qüdrətli dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişaflara malik olmaq zərurətindən irəli gəlmişdir. Məhz bu səbəbdən də imişliləri Konstitusiya dəyişikliklərinə səs verməyə səsləyirəm.

Görüşdə çıxış edən  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi,  Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktının layihəsində insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində irəli sürülən təkliflər ilk növbədə ölkəmizdə demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaqdır. Bu istiqamətdə indiyədək də Azərbaycan cəmiyyətində daim islahatlar həyata keçirilmiş, ciddi bir inkişaf səviyyəsinə nail olunmuşdur. Azərbaycan cəmiyyətinin yeni inkişaf mərhələsinin tələbatı kimi meydana çıxan dəyişikliklərin əsasən insan hüquqlarının, vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinə aid olması geniş mənada müstəqil Azərbaycan dövlətinin mənbəyi olan xalqın mənafelərinin möhkəmləndirilməsinə şərait yaradır.

Görüşdə YAP İmişli rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Elzamin Əzizov, YAP ərazi təşkilatının sədri İldırım Musayev çıxış edərək Konstitusiya islahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini diqqətə çatdırıb, imişliləri fəal olmağa və sözügedən Konstitusiya dəyişikliklərinə səs verməyə çağırıblar.