Xəbərlər
Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Bişkekdə Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.
Tədbirdə Birliyin 25 illiyi ilə bağlı Birgə Bəyanatın layihəsi bəyənilib.
Yığıncaq iştirakçıları 2017-2019-cu illərdə terrorizmlə mübarizə sahəsində Əməkdaşlıq Planı və 2020-ci ilə qədər kibercinayətlərlə mübarizədə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
İclasda Azərbaycanın Gəncə şəhərinin MDB-nin yeni mədəniyyət paytaxtı elan edilməsi, ölkələr arasında humanitar sahədə əlaqələrin dərinləşdirilməsi üçün bir sıra sənədlər də müzakirə olunub, MDB ölkələrinin regionlararası əməkdaşlığın inkişafı məsələlərinə toxunulub.
Tədbirdə MDB ölkələri arasında çoxplanlı qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə edilib, aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ümumiyyətlə, Şuranın iclasında 16 məsələyə baxılıb.