Xəbərlər
Yasamal rayonunda qadın seçicilərlə görüş keçirildi
«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Yasamal rayon şöbəsində qadın seçicilərlə görüş keçirildi.
Təbliğat kampaniyasına «Həmrəy olaq, «HƏ» deyək» devizi ilə başlayan «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Yasamal rayon şöbəsi təbliğat kampaniyasını uğurla davam etdirir.
Görüşdə referendumun mahiyyətini açıqlayan və ölkə iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsinin daha mükəmməl təminatına yönələn dəyişiklik və əlavələrin dövrün, zamanın tələbindən irəli gəldiyini bildirən YAP Yasamal rayon təkilatının sədri Tağı Əhmədov vurğuladı ki, dünya birliyinin ən etibarlı üzvü kimi daxili və xarici siyasətini qarşılıqlı əməkdaşlıq və etimad üzərində quran Azərbaycan beynəlxalq təcrübədə sınanmış və özünü doğrultmuş idarəetmə mexanizmlərinin ölkəmizdə tətbiqinə diqqətlə yanaşır. «Bəllidir ki, prezidentlik üsul-idarə sisteminin mövcud olduğu bir çox ölkələrdə dövlət başçısı 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi vitse-prezidentlik institutunun formalaşdırılması səlahiyyətlərinə malikdir» söyləyən T.Əhmədov qeyd etdi ki, Azərbaycan prezidentli respublika olduğu üçün ölkəmizdə bu cür idarəetmə sisteminin tətbiqi qanunuyğundur və hüquqa əsaslanır.
Ali və icraedici orqanlara seçib seçilmək hüququ üçün 18 yaş həddi müəyənləşdirilməsi ilə bağlı dəyişikliyin gənclərə diqqət və qayğıdan irəli gəldiyi bildirildi.
Görüşdə digər dəyişikliklərlə bağlı açıqlamalar verildi. YAP Siyasi Şurasının üzvü, BDU-nun professoru İradə Hüseynova, YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamella Şahbazova çıxış edərək bildirdilər ki, milli təhlükəsizliyimizin daha etibarlı təminatı üçün nəzərdə tutulan, əhalinin sosial müdafiəsini, demokratiyanın inkişafını daha da sürətləndirəcək dəyişiklik və əlavələrin tətbiqində məqsəd idarəetmədə daha mükəmməl və səmərəli mexanizmlərin tətbiqinə nail olmaqdır.