YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Naftalan şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Naftalan şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının Qadınlar Şurasının sədri Afət Cabbarova Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib.

O, ölkə vətəndaşları, o cümlədən qadınların sentyabrın 26-da Referendum Aktına səs verəcəklərinə əmin olduğunu vurğulayıb. Afət Cabbarova bu prosesdə Naftalan şəhər qadınlarını da fəal olmağa çağırıb. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin ölkəmizin və xalqımızın inkişafına xidmət etdiyini deyən A. Cabbarova Konstitusiya islahatlarının dövlətçiliyimizin daha da güclənməsinə səbəb olacağını qeyd edib.

Tədbirdə çıxış edən Qadınlar Şurasının üzvü Cəmilə Məmmədov Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. O bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan C.Məmmədova bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: “Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir".

Sonda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı öz fəallığı ilə fərqlənəcək, Naftalan seçiciləri referenduma "HƏ" deyəcək.