YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağsu rayonunda seçicilərlə görüş keçirilib

Referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağsu rayonunda seçicilərlə görüş keçirilib.

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, Konstitusiyaya təklif edilən əlavə dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması və digər məsələlər öz əksini tapır: "Bir sözlə, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verməklə öz gələcək inkişafımızı müəyyən edəcəyik. Ağsuluları səsvermədə aktiv olmağa səsləyirəm".

Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verərək bildirib ki, hər bir dəyişikliyin zamanı, vaxtı olduğu kimi, konstitusiyaya da əlavə və dəyişikliklər edilməsinin vaxtı artıq çatıb: "Bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevirəcək".

YAP üzvü Ərəstun Cavadov çıxış edərək təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin və xalqımızın gələcək həyatında böyük əhəmiyyətə malik olacağını qeyd edib. Ərəstun Cavadov ağsuluları dövlət başçısının Sərəncamı ilə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi günü məntəqələrə gələrək, Referendum Aktına səs verməyə çağırıb.

Görüşdə Qaraqoyunlu bələdiyyəsinin sədri Sirac Məmmədov, Muradlı bələdiyyəsinin sədri Sehrayə Hümbətova çıxış edərək, müstəqil Azərbaycanın Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində əlavə və dəyişikliklərə səs verəcəklərini bildiriblər.