YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupu Lerikdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Lerik rayon şöbəsi Heydər Əliyev Mərkəzində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.  Tədbirdə “Yeni Azərbaycan” təşviqat qrupunun Lerik rayon şöbəsinin sədri Elxan Qənbərov, sədr müavini Elman Rəcəbov, rayon təşkilatının Gənclər Birliyinin sədri Zamiq Əhədov iştirak edib.

Tədbiri giriş nitqi ilə “Yeni Azərbaycan” təşviqat qrupunun Lerik rayon şöbəsinin sədri Elxan Qənbərov açıb. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında 26 iyul 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb və ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli Konstitusiyanın qəbulu ön plana çəkilib, 1995-ci il mayın 2-də onun sədrliyi ilə dövlət xadimləri və hüquqşünaslar, müxtəlif ictimai-siyasi təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimlərindən ibarət Konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb. Komissiya tərəfindən hazırlanan layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası (Əsas Qanunu) qəbul edilib və 27 noyabr 1995-ci ildə qüvvəyə minib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Əsas Qanunumuzun qəbul edilməsi demokratik, hüquqi, dünyəvi dövlət qurulması sahəsində yeni bir mərhələ açdı, dövlət quruçuluğunda, ictimai-siyasi və mədəni həyatda dinamik proseslərə güclü təkan verdi. Dünyada ən demokratik konstitusiyalardan biri olan bu sənəd hakimiyyətin 3 qola bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına start verdi, insan hüquq və azadlıqlarının prioritetləri prinsiplərini müəyyən etdi. 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası təşkil olundu, yeni qanunvericilik bazasının yaradılması prosesi başlanıldı. Genişmiqyaslı islahatlar beynəlxalq arenada Azərbaycanın nüfuzunun artmasına, Avropa ailəsinə inteqrasiya edilməsi prosesinə öz təsirini göstərdi, Azərbaycan 2001-ci ildə AŞ-nın üzvü oldu. 2002-ci il avqustun 24-də 2009-cu il martın 18-də referendum yolu ilə Konstitusiyada edilən dəyişikliklər Konstitusiyanın bir sıra normalarının təkmilləşdirilməsinə və başlıca olaraq insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsinə xidmət edir".

E. Qənbərov qeyd edib ki, ötən müddət ərzində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən dəyişikliklər, cəmiyyətin ümumi inkişaf səviyyəsinə və təkamül prosesinə uyğun olaraq dövlətin idarəetmə sisteminin əsasını təşkil edən qanunvericilik aktlarına, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə zərurət yaradıb: "Bu zərurəti və Azərbaycan cəmiyyətinin istəyini nəzərə alaraq “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında” 26 iyul 2016-cı il tarixli qərar qəbul edib. Referendum Aktı layihəsində Azərbaycan Respublikası Konstitusiyasının 23 maddəsinə təklif olunan əlavə və dəyişiklik və 6 maddənin əlavə edilməsi Azərbaycan dövlətinin siyasi əsaslarının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının və vəzifələrinin dəqiqləşdirilməsinə, ali qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsinə xidmət edir".

Geniş məruzə ilə rayon təşkilatının Gənclər Birliyinin sədri Zamiq Əhədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər öz məzmununa və mahiyyətinə görə aşağıdakı əsas məqsədlərin əldə edilməsinə yönəlib: "Göründüyü kimi, referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir. Buraya xüsusi mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təmin edilməsinə, icra və qanunverici orqanlarının fəaliyyətinin daha səmərəli həyata keçirilməsinin təmin edilməsinə qədər geniş spektr müddəalar daxildir. Bu məsələlər xalqın mövqeyini öyrənmək, dəstəyini almaq üçün ümumxalq səsverməsinə – referenduma çıxarılır. Azərbaycan Konstitusiyasının 152-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Referendum Aktıinsan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təmin olunmasında dövlətin ali hakimiyyət, eyni zamanda, aidiyyatı səlahiyyətli orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsipləri daha da təkmilləşdirəcək, bu sahədə hüquqi normalara konstitusion status verəcək. Bu da son nəticədə ümumi inkişafımıza, qanunlarımızın daha mükəmməl olmasına, insan haqlarının ardıcıl və mükəmməl müdafiəsinə yeni imkanlar açacaq. İnanırıq ki, müdrik Azərbaycan xalqı sentyabrın 26-da “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə” Referendum Aktı layihəsinə müsbət rəyini bildirəcək".

Tədbirdə çıxış edən gənclər dəyişiliklərin vacibliyini qeyd edərək, seçki günü hamılıqla səsvermədə iştirak edəcəklərini bildiriblər.