Xəbərlər
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 8 dəfə pozub
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/566bf3312b5d7c1853a01f3e766d4d7f.jpg&w=360)
Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.
Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.