YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qeydiyyatdan keçən 11 dini icmaya şəhadətnamələr təqdim edilib

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçən 11 dini icmaya şəhadətnamələr təqdim edilib.

DQİDK-dan bildiriblər ki, komitə sədrinin müavini Gündüz İsmayılov ölkəmizdəki dövlət-din münasibətlərindən danışıb. O qeyd edib ki, dövlət tərəfindən dinə, o cümlədən İslam və qeyri-İslam təmayüllü dini icmalara diqqət və qayğı göstərilir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də müstəqilliyimizə, milli mental dəyərlərimizə, dinimizə uyğun qaydaların təsbit olunduğunu vurğulayan G.İsmayılov dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolu olduğunu deyib.

Yeni qeydiyyatdan keçən dini icmaların sədrlərinə tövsiyələrini verən Gündüz İsmayılov icmaları daha aktiv olmağa, yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə, ideoloji təhlükəsizlik məsələsinə həssas yanaşmağa çağırıb. O, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan və ənənəvi dəyərlərdən çıxış etmələrini bildirib.

Sonda yeni qeydiyyatdan keçən 11 dini icmanın sədrinə qeydiyyat şəhadətnamələri təqdim edilib.