YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Referendumda nəzərdə tutulan düzəliş və əlavələr xalqın istəyinə cavab verir

“Referendum bir çox ölkələrin konstitusion təcrübəsində sınanmış vasitədir. Dünyanın bir sıra ölkələrində iqtisadi, siyasi reformlar üçün daha yaxşı şərait yaratmaq məqsədi ilə həyata keçirilmişdir. Ölkəmizin də, bu işdə təcrübəsi vardır. Yəni, bu bizim üçün yeni deyil. 2002-ci, 2009-cu ildə keçirilən referendumlar Azərbaycanda siyasi və iqtisadi sahədə böyük dönüş yaratmışdır. Keçirilən referendumlarda nəzərdə tutulan düzəliş və əlavələr xalqımızın maraqlarına cavab verməklə inkişafın təzahürü idi. Məhz, elə buna görə xalq tərəfindən dəstəkləndi.” Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib.

Seymur Orucov bildirib ki, müasir dünya siyasi  tələblərinin dəyişməsi, yeni siyasi reallıq, daxili inkişaf, daha güclü dövlət quruculuğu istiqamətində atılmalı olan addımlar yenidən ölkəmizdə referendumun həyata keçirilməsi zərurətini yaratmışdır: “26 sentyabrda keçiriləcək referendum layihəsinin mətninə nəzər saldıqda orada bir sıra vacib düzəliş və əlavələrin olduğunun şahidi olarıq. Hüquq və azadlıqlar, mülkiyyət, bərabərlik, tətil, müraciət, məhkəmə, bələdiyyə, seçki, vətəndaşlıq, birləşmək kimi hüquqlara edilən düzəliş və əlavələr Azərbaycanın müasir dövlət kimi dünya ilə daha sıx inteqrasiya olunması baxımından zəruridir.”

YAP Gənclər Birliyinin sədri qeyd edib ki, ölkəmizdə keçirilən son referendumdan sonra iqtisadi, siyasi, idarəetmə sahələrində böyük işlər görülmüşdür: “Cənab Prezident İlham Əliyev tərəfindən bütün sahələrə dair verilən fərmanlar, imzalanan sərəncamlar Azərbaycan xalqının daha yaxşı yaşaması, güzəranının yaxşılaşması üçündür. 26 sentyabrda həyata keçirilən referedumu da, həmin islahatların davamı kimi qiymətləndirmək lazımdır. Ona görə də, müasir şəraitdə həmin islahatlar üçün daha geniş şərait yaratmış olacaq konstitusiya aktının da təsbit olunması vacibdir. Referendumda nəzərdə tutulan düzəliş və əlavələr xalqın istəyinə cavab verir. Belə ki, Azərbaycan vətəndaşı olan hər kəsin yüksək hüquqları və vəzifələri bu referendum layihəsində ən yüksək pillədə təqdim olunur. Hər bir ölkə vətəndaşının daha yaxşı yaşaması üçün lazımi əlavələr edilib. Azərbaycan vətəndaşlarından sadəcə bir şey istənilir; O da, 26 sentyabrda referendumda iştirak etmək. Artıq, senyabr ayının 3-dən etibarən referendumla bağlı təbliğat prosesinə start verilmişdir. 20 gündən artıq vaxt verilmiş təbliğat prosesində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri də, aktiv şəkildə iştirak edirlər. Partiyamızın region və paytaxt Bakıda yerləşən gənclər birlikləri təbliğat materiallarının əhali arasında təşviqində mühüm rol oynayırlar. Təbliğat plakatlarını şəhərin müxtəlif yerlərində qoyulmuş lövhələrə yapışdırırlar. Eyni zamanda, YAP Gənclər Birliyinin üzvləri Sosial şəbəkələr vasitəsilə referendumda nəzərdə tutulan dəyişiklik və əlavələrin mahiyyəti barədə insanları maarifləndirirlər. Əlavə olaraq təbliğat prosesi ərzində YAP Gənclər Birliyi bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır.”