YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendumla əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda hazırlıq işləri başa çatıb

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin İstanbuldakı baş konsulluğunda hazırlıq işləri başa çatıb.

Diplomatik nümayəndəlikdə 6 nəfərdən ibarət məntəqə seçki komissiyası yaradılıb. Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 54 saylı referendum məntəqəsi fəaliyyət göstərir. Bu səsvermə məntəqəsində konsulluq qeydiyyatında olan 956 seçici səsvermə hüququna malikdir.