Xəbərlər
MM-in deputatı: Azərbaycanda konstitusiya dəyişiklikləri aktualdır
«Ötən illər ərzində hüquqi müstəvidə ciddi islahatlar həyata keçirilib. Və bu gün də ölkəmizin hüquq sistemində çox mühüm dəyişikliklər ərəfəsindəyik». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, son Konstitusiya islahatları 18 mart 2009-cu ildə baş verib. Həmin dövrdən keçən müddət ərzində hər birimiz ölkəmizdə demokratik dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində baş verən dəyişikliklərin şahidi olmuşuq.
«Təbii ki, bu inkişaf prosesi ölkəmizin əsas qanunu olan Konstitusiyada müəyyən təkmilləşdirmə xarakterli dəyişiklərin edilməsi zərurətini şərtləndirib. Bu dəyişikliklər beynəlxalq praktikada da mövcuddur. Hər bir ölkə mövcud çağırışları, ictimai siyasi münasibətlərin inkişaf səviyyəsini, həmin ehtiyaclara uyğunlaşdırmaq məqsədilə əsas qanununa dəyişikliklər edir. Bu baxımdan, Azərbaycanda da konstitusiya dəyişiklikləri aktualdır»- deyə, R.Rzayev qeyd edib.