YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Konsitusiyada nəzərdə tutulan hər bir dəyişiklik əhəmiyyətlidir və maddələrdə əks olunan yeni fikirlər xalqın istəyi ilə üst-üstə düşür

«Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməsi zərurəti yalnız ölkədə gedən köklü sosial inkişafdan, həyata keçirilən mühüm islahatlardan, genişmiqyaslı layihələrdən irəli gəlmir. Bunu həm də dünyada baş verən qlobal dəyişikliklər, hadisələr, dövləti qorumaq və müdafiə etmək, insanları yad mənfi meylərdən çəkindirmək zərurəti tələb edir». Bu fikirləri yap.org.az saytına «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı  Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan keçən 20 ildən çox vaxt ərzində həm ölkənin ictimai-siyasi,iqtisadi-mədəni həyatında baş verən əsaslı dəyişikliklər, eləcə də respublikanın beynəlxalq aləmə çıxışı, dünya problemlərinə münasibətdə seyirçi mövqedə durmaması, Avropa dəyərlərinə yiyələnməsi, xarici dövlətlərlə əlaqələrin durmadan möhkəmlənməsi, digər tərəfdən daxildən və xaricdən ölkəmizin zəiflədilməsinə, asılı vəziyyətinə salınmasına yönəldilən səylər, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hərbi qüdrətimizin, ordumuzun möhkəmləndirilməsi bu zərurəti surətləndirib.

«Konsitusiyada nəzərdə tutulan hər bir dəyişiklik əhəmiyyətlidir və maddələrdə əks olunan yeni fikirlər xalqın istəyi ilə üst-üstə düşür. Bu sentyabrın 26-da səsvermə zamanı özünü bir daha təsdiq edəcəkdir. Sözsüz ki, hər bir azərbaycanlı seçici səsvermədə fəal iştirak edəcək, xalqımızın və dövlətimizin gələcək inkişafında müstəsna rola malik olan bu sənədin lehinə səs verəcəkdir»- deyə, səlahiyyətli nümayəndə vurğulayıb.