YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Sabirabad rayonunda seçicilərlə görüş keçirib

Sabirabad rayonunda “Yeni Azərbaycan”” referendum üzrə təşviqat qrupu seçicilərlə  görüş keçirib. “Həmrəy olaq, hə deyək!”” devizi ilə keçirilən tədbiri açıq elan edən YAP-ın Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçiriləcək referendum haqqında məlumat verərək ümumxalq səsverməsinə çıxarılacaq Konstitusiyamıza əlavə və dəyişikliklər haqqında fikirlərini bildirib.

 Sonra “Yeni Azərbaycan”” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi olduğunu qeyd edib. O, təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr vərəcəyini bildirib və Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacib olduğunu vurğulayıb. Akademik Ə. Əmiraslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruçuluğu prosesindəki geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı və gündən-günə çiçəklənməsindən bəhs edib.

Sonra millət vəkili Elçin Quliyev çıxış edərək konstitusiyaya əlavə və dəyişikliklərin günün tələbi olduğunu bildirərək son illər regionlarda, o, cümlədən Sabirabad rayonunda görülən işlərdən və inkişafdan söz açıb.

Sonda görüşdə iştirak edən ziyalıların, veteranların, partiya fəallarının, gənclər və ictimaiyyət nümayəndələrinin sualları  cavablandırılıb.