Xəbərlər
Azərbaycan hərbçiləri dəniz təlimində iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri dəniz təlimində iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, iyulun 11-dən avqustun 9-dək İstanbul şəhərində (Türkiyə) Açıq dəniz təlimi keçiriləcək.
Təlimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.