Xəbərlər
“Yeni Azərbaycan” təşviqat qrupunun Xəzər rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına uğurlu start verib
Bütün seçki proseslərində olduğu kimi, ümumxalq səsverməsində də xüsusi fəallığı ilə seçilən ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti referenduma da yüksək ab-hava ilə başlayıb. Belə ki, Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26 –da keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsinə start verilib. "Həmrəy olaq, Hə deyək!" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Xəzər rayon şöbəsi də ümumxalq səsverməsi ilə əlaqədar operativ fəaliyyətə başlayıb. Qərargah üzvləri, partiya fəalları budəfəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar.
YAP Xəzər rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov Konstitusiyaya əlavə və dəyişikliklərin zamanın tələbi olduğunu diqqətə çatdıraraq, təbliğat –təşviqat kampaniyasının yüksək səviyyədə keçirilməsinin əsas tələblərdən olduğunu söyləyib. N.Əhmədov əminliklə vurğulayıb ki, prosesin hər bir mərhələsinin uğurla başa çatması, nəticələr haqqında tam təsəvvür yaratmağa imkan verir: “İnanırıq ki, seçicilərimizin hər biri 26 sentyabr ümumxalq səsverməsində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafını xidmət edən əlavə və dəyişikliklərə dəstək olacaq”.