Xəbərlər
Saatlı rayonunda «Yeni Azərbaycan» təşviqat qrupunun üzvləri plakat və şuarların yayılması prosesini uğurla başa çatdırıblar

Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərin gerçəkləşməsi üçün sentyabrın 26-na təyin edilmiş Referendumla bağlı respublikanın hər yerində olduğu kimi, Saatlı rayonunda da təbliğat və təşviqat kampaniyasına yüksək səviyyədə başlanılıb. «Yeni Azərbaycan» təşviqat qrupunun üzvləri artıq rayondakı 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin ərazilərində qanunla müəyyən edilmiş yerlərdəki lövhələrdə plakat və şuarların yapışdırması prosesini uğurla başa çatdırıblar.
YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər barədə bildirdi ki, inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən deyə bilərik ki, Konstitusiyaya dəyişiklik və əlavələr zərurətdən yaranır. Bu gün Azərbaycan dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur. Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün də sözügedən dəyişikliklərə ehtiyac duyulur.
L.Şıxəliyev bildirdi ki, əminliklə demək olar ki, Azərbaycan vətəndaşları bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcəklər. Çünki xalqımız belə siyasi hadisələrdə həmişə müdriklik göstərib.