YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Ermənistan Prezidenti həm ölçü hissini, həm də nüfuzunu tamam itirib

"Ermənistan Prezidenti deyəsən həm ölçü hissini, həm də nüfuzunu tamam itirib". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.

N.Məmmədov bildirib ki, Ermənistan Prezidentinə regionumuzda olan münasibət Argentinada da göstərildi.

PA rəsmisi qeyd edib ki, Buenos-Ayresdə də özünü İrəvandakı kimi hiss edərək hamının onu qarşılayacağını düşünüb: "Amma bu, belə olmadığı üçün erməni əsilli argentinalı sahibkar Eduard Ernekyana şikayət edib".

Qeyd edək ki, yerli KİV-lərin yazdığına görə, Argentinanın Prezidenti ilə görüşmək üçün Sarkisyan və nümayəndə heyəti üç saat hoteldə gözləyib. Amma sonda onlara bildirilib ki, prezident özünü yaxşı hiss etmir və görüşmək istəmir.

Yayılan məlumata görə, paytaxt Buenos-Ayresdə bir neçə görüşdən sonra günorta Serj Sarkisyana təklif ediblər ki, "Palacio San Martin" hotelində vitse-prezident Amadu Voudou və xarici işlər naziri Hektor Timermanla naharda iştirak etsin.